DÇ-2022: De Byazi favoritini açıqladı
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətərdə keçirilən dünya çempionatındakı favoritini açıqlayıb.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssis yerli mətbuata açıqlamasında bu mundialda İspaniya millisinə azarkeşlik etdiyini söyləyib.
O bildirib ki, Luis Enrikenin rəhbərlik etdiyi kollektiv dünya çempionu olmağa layiqdir.
Qeyd edək ki, mundiala dekabrın 18-də yekun vurulacaq.