featured-image-17711

“Mən də bunun tərəfdarı deyiləm. Müsəlman ölkəsində yaşadığıma, müsəlman olduğuma görə belə şeylərə qeyri-adi, çox pis baxıram”.

Bunu Msport.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Əfran İsmayılov Qətərdə keçirilən dünya çempionatında bəzi yığmaların təşkilatçı ölkənin LGBT ilə bağlı qadağasına etiraz etməsi barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi bildirib ki, mundial Qətərdə təşkil olunubsa, kimliyindən asılı olmayaraq, hamı bu ölkənin qayda-qanunlarına əməl etməlidir: “30 milyard avro pul ayırıb dünya çempionatı keçirirlərsə, hər bir ölkə Qətərin qərarına hörmətlə yanaşmalıdır. Kim hörmət etmirsə, öz problemidir, özü bilər”.

İsmayılovun sözlərinə görə, sabah mundial Almaniyada keçirilsə, oranın qanunları əsas götürüləcək: “Həmin vaxt Qətər və ya başqa bir ölkə gəlib deyə bilməz ki, mən filan şeyə icazə vermirəm. Belə söhbət ola bilməz”.

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də yekun vurulacaq.

Bənzər xəbərlər