DÇ-2024: Millimiz elit mərhələdə ilk oyununa çıxacaq
Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu yığma səfərdə Rumıniya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Görüşü sloveniyalı Admir Zahoviç idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Bakıda Niderlandı sınağa çəkəcək.