DÇ-2026: ABŞ Belçikaya rəqib oldi
DÇ-2026-da 1/16 final mərhələsi davam edir.
Msport.az xəbər verir ki, meydan sahiblərindən biri – ABŞ komandası Bosniya və Herseqovina ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Onlar 1/8 finalda Belçikaya rəqib olub.
Belçika 1/16 finalda 0:2 uduzduğu oyunda Seneqalı məğlub edə bilib – 3:2.
Bu gün saat 23:00-da İspaniya Avstriya ilə qarşılaşacaq. Bu cütün qalibi 1/8 finalda Portuqaliya – Xorvatiya cütünün güclüsü ilə üz-üzə gələcək.
2 iyul
DÇ-2026
1/16 final
04:00. ABŞ – Bosniya və Herseqovina – 2:0
Qollar: Folarin Balogun, 45, Malik Tillman, 82
01.00. Belçika – Seneqal – 3:2
Qollar: Diarra, 25 (0:1), Sarr, 51 (0:2), Lukaku, 66 (1:2), Telemans, 89 (2:2), 120+5-pen.(3:2)
23:00. İspaniya – Avstriya







