featured-image-79786

ABŞ millisi dünya çempionatları tarixində özünəməxsus rekordu yeniləyib.

Msport.az xəbər verir ki, Maurisio Poçettinonun baş məşqçisi olduğu yığma buna 1/16 finalda Bosniya və Herseqovinanı məğlub etdikləri (2:0) oyunda nail olub.

45-ci dəqiqədə Folarin Baloqanın hesabı açması millinin rekord qırması ilə yadda qalıb. Belə ki, bu, ABŞ-nin ilk hissədə qol vurduğu ardıcıl dördüncü mundial matçıdır.

Qeyd edək ki, komanda 1/8 finalda Belçika ilə üz-üzə gələcək.

Bənzər xəbərlər