DÇ-2026: Bir matçda 5 seyv
CAR yığmasının qapıçısı Ronven Uilyams DÇ-2026-nın 1/16 finalında Kanadaya 0:1 hesabı ilə məğlub olduqları matçda rekorda imza atıb.
Msport.az xəbər verir ki, Afrika təmsilçisinin 34 yaşlı qapıçısı matçda 5 seyv edib.
Bu, onun dünya çempionatında bir oyundakı ən yüksək göstəricisi olub.
Qeyd edək ki, Uilyams yığmada keçirdiyi 66 matçda 64 qol buraxıb, 20 oyunda isə qapısını toxunulmaz saxlayıb.







