DÇ-2026-da oynamış futbolçu vəfat etdi
CAR millisinin üzvü Ceyden Adams 25 yaşında vəfat edib.
Msport.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi mövqeyində oynayan futbolçunun ölüm səbəbləri açıqlanmır.
Adams DÇ-2026-da CAR yığmasının heyətində idi və o, 3 oyunda meydana çıxmışdı.
O, “Mamelodi Sandauns” klubunun heyətində ötən mövsüm Afrika Çempionlar Liqasını qazanmışdı.







