featured-image-80266

Niderlandlı hakim Rob Diperink 38 yaşında vəfat edib.

Msport.az xəbər verir ki, polis Diperinkin yaşadığı küçədə bir nəfərin ölümü ilə bağlı araşdırma aparıb.

Daha sonra vəfat edən şəxsin məhz keçmiş FİFA hakimi olduğu təsdiqlənib. Hüquq-mühafizə orqanları hadisədə başqa şəxslərin iştirakını istisna edib.

Qeyd edək ki, Diperink bu ilin aprelində azyaşlıya qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunaraq saxlanılmışdı. Lakin kifayət qədər sübut olmadığı üçün istintaq dayandırılmışdı. Buna baxmayaraq, FİFA hakimi DÇ-2026-da oyun idarə edəcək referilərin siyahısından çıxarmışdı.

Bənzər xəbərlər