featured-image-80299

Dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.

Msport.az xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.

Qolları Mikel Oyarsabal (22-p.) və Pedro Porro (58) vurublar.

İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə – Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüşdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.

Bənzər xəbərlər