DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Dünya çempionatında Fransa Mərakeşə qalib gəlib.
Msport.az xəbər verir ki, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.
“Xoruzlar”ın heyətində Kilian Mbappe (60) və Usman Dembele (66) fərqləniblər.
Mbappe 28-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.
Yarımfinala yüksələn Fransa seçməsi bu raundda İspaniya – Belçika cütünün qalibi ilə üz-üzə gələcək.







