DÇ-2026: İngiltərə millisində itki
İngiltərə millisinin futbolçusu Cordan Henderson zədələnib.
Msport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi dünya çempionatının 1/8 final mərhələsində Meksikaya qalib gəldikləri matçdan (3:2) sonra xəsarət alıb.
Təcrübəli oyunçu qələbə sevinci zamanı reklam lövhələrinin üstündə büdrəyib və qolunun üstünə yıxılıb. Henderson meydanı xərəkdə tərk edib. O, görüş ərzində meydana çıxmayıb, lakin 90+8-ci dəqiqədə hakimə etiraza görə sarı vərəqə alıb.
Qeyd edək ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.







