DÇ-2026: İngiltərəli müdafiəçi diskvalifikasiya olundu
İngiltərə yığmasının müdafiəçisi Kuansa iki oyunluq diskvalifikasiya edilib
İngiltərə yığmasının müdafiəçisi Carell Kuansa 2026-cı il dünya çempionatının 1/8 finalında Meksika ilə matçda (2:3) qırmızı vərəqə alması ilə əlaqədar iki oyunluq diskvalifikasiya cəzası alıb.
Msport.az xəbər verir ki, Kuansa iyulun 12-də keçiriləcək Norveçlə 1/4 final matçını, eləcə də İngiltərə yığması qalib gələcəyi təqdirdə dünya birinciliyinin yarımfinal oyununu buraxacaq.
Qeyd edək ki, İngiltərə yığmasının müdafiəçisi baş hakim Əlirza Fəqaninin qərarı ilə birbaşa qırmızı vərəqə alıb. Kuansa sürüşərək müdaxilə zamanı rəqibin müdafiəçisi Xesus Qalyardonun ayağına zərbə endirib. İngiltərə Futbol Assosiasiyası öz müdafiəçisinin diskvalifikasiya qərarını şikayət etmək istəyir.







