DÇ-2026: İsveçrə Kolumbiyanı penaltilərlə üstələdi
Dünya çempionatında İsveçrə Kolumbiyanı məğlub edib.
Msport.az xəbər verir ki, “BC Place” stadionunda keçirilən 1/8 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 0:0.
Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:3) İsveçrə 1/4 finala yüksəlib.
Komandanın bu raunddakı rəqibi Argentina seçməsi olacaq.







