DÇ-2026: Lamin Yamaldan unikal rekord
İspaniya millisinin futbolçusu Lamin Yamal unikal rekorda imza atıb.
Msport.az xəbər verir ki, 19 yaşlı hücumçu buna dünya çempionatının yarımfinalında Fransanı məğlub etmələri (2:0) sayəsində nail olub.
Gənc forvard mundial və Avropa çempionatında start heyətində oynadığı 12 matçın hamısında qalib gəlib. O, tarixdə bunu bacaran ilk futbolçudur.
Qeyd edək ki, İspaniya millisi finalda İngiltərə – Argentina cütünün qalibi ilə üz-üzə gələcək. Turnirin final görüşü iyulun 19-da keçiriləcək.







