DÇ-2026: Meksikalı futbolçu tarixə düşdü
Meksika millisinin futbolçusu Xilberto Mora dünya çempionatlarının pley-off mərhələsində start heyətində meydana çıxan 2-ci ən gənc futbolçu kimi tarixə düşüb.
Msport.az xəbər verir ki, bu, DÇ-2026-nın 1/16 finalında, Ekvadorla matçda (2:0) reallaşıb.
Mexiko stadionunda keçirilən görüşdə futbolçu 17 yaş 259 günlük olub. Qarşılaşmaya start heyətində başlayan X.Mora meydanda 58 dəqiqə mübarizə aparıb.
Turnir tarixində ondan daha gənc yaşda pley-off oyununa çıxan futbolçu isə 1958-ci ildə Uelsə qarşı 17 yaş 239 günlüyündə mübarizə aparan braziliyalı Pele olub.
Qeyd edək ki, Meksika yığması Ekvadoru 2:0 hesabı ilə məğlub edib. Komanda 1/8 finalda İngiltərə – Konqo DR matçının qalibi ilə üz-üzə gələcək.







