DÇ-2026: Qordon tarixi rekorda imza atdı
İngiltərə millisinin hücumçusu Entoni Qordon 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində İngiltərə ilə Konqo Demokratik Respublikası arasında keçirilən matçda (2:1) özünəməxsus rekorda imza atıb.
Msport.az xəbər verir ki, 61-ci dəqiqədə əvəzedici heyətdə meydana çıxan Qordon hücumçu Harri Keynə iki məhsuldar ötürmə edərək, dünya çempionatı tarixində əvəzedici heyətdən meydana çıxdıqdan sonra pley-off mərhələsində 2 məhsuldar ötürmə edən ilk oyunçu olub.
Qordon dünya çempionatından əvvəl klubunu dəyişərək “Nyukasl”dan “Barselona”ya transfer edib.
İngiltərə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Meksika ilə 6 iyulda qarşılaşacaq.







