featured-image-79854

İspaniya millisinin qapıçısı Unai Simon 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Avstriyaya qarşı (3:0) matçda qapısını toxunulmaz saxlayıb.

Msport.az xəbər verir ki, qapıçı bununla da dünya çempionatında yeni qol buraxmama rekorduna imza atıb.

İspaniyalı qapıçı 519 dəqiqə qol buraxmayıb. Bununla o əvvəlki rekordçu, İtaliyanın keçmiş qapıçısı Valter Zenqanı (517 dəqiqə) geridə qoyub.

Simon sonuncu dəfə 2 dekabr 2022-ci ildə dünya çempionatında qol buraxıb, o zaman Yaponiya İspaniyanı 2:1 hesabı ilə məğlub edib.

Simon İspaniya üçün 62 oyun keçirib. Bu müddət ərzində o, 48 qol buraxıb və 28 dəfə qapısını “təmiz” saxlayıb. Luis de la Fuentenin komandası 1/8 finalda Portuqaliya-Xorvatiya oyununun qalibi ilə qarşılaşacaq.

Bənzər xəbərlər