DÇ-2026-ya görə daha bir baş məşqçi istefası
Portuqaliyalı mütəxəssis Karluş Keyruş Qana millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.
Msport.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
73 yaşlı mütəxəssis komandanın dünya çempionatındakı çıxışından qürur duyduğunu, lakin daha böyük uğurlar əldə edə bilmədiklərinə görə müəyyən məyusluq hiss etdiyini bildirib.
Qana millisi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Kolumbiyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Karluş Keyruş 2026-cı ilin aprelindən Qana millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda qrup mərhələsində Panama üzərində 1:0 hesablı qələbə qazanıb, Xorvatiyaya 1:2 hesabı ilə uduzub, İngiltərə ilə isə qolsuz heç-heçə edib.







