DÇ: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu
Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.
Dünya çempionatı 6-13 oktyabrda baş tutacaq.
6 oktyabr
60 kq. Kərəmət Hüseynov – Yeldos Smetov (Qazaxıstan)
48 kq. Leyla Əliyeva – Julia Figueroa (İspaniya)
7 oktyabr
66 kq. Orxan Səfərov – Freddy Waizenegger (İsveçrə)
66 kq. Yaşar Nəcəfov – Neito Chinarro (İspaniya)
52 kq. Gültac Məmmədəliyeva – Amandine Buçard (Fransa) / Binta NDiaye (İsveçrə) cütünün qalibi
8 oktyabr
73 kq. Rüstəm Orucov – Alexandru Raıcu (Rumıniya)
73 kq. Hidayət Heydərov – Abdul Malik Umayev (Belçika)
9 oktyabr
81 kq. Səid Mollayi – Aleks Barto (Slovakiya)
81 kq. Elcan Hacıyev – Matthias Casse (Belçika)
10 oktyabr
90 kq. Məmmədəli Mehdiyev – Christian Parlati (İtaliya)
11 oktyabr
100 kq. Zelim Kotsoyev – Daniel Eich (İsveçrə)