featured-image-17395

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəyə başlayıb.

Msport.az xəbər verir ki, yarışın ilk günündə qruplarda iki tur oynanılıb.

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən təşkil olunan komandamız B qrupunun ilk oyununda Özbəkistan kollektivi ilə qarşılaşıb və rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib.

Ardınca ABŞ komandası ilə üz-üzə gələn millimiz bu dəfə də qələbəyə sevinib – 3:1.

Azərbaycan şahmatçılarının qrupdakı digər rəqibləri Hindistan, Polşa və İsraildir. Növbəti turun görüşləri noyabrın 21-də və 22-də keçiriləcək.

A qrupunda isə Çin, Fransa, Niderland, Cənubi Afrika Respublikası, İspaniya və Ukrayna mübarizə aparırlar.

Qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək.

Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

Bənzər xəbərlər