featured-image-24739

Milli komandamızın baş məşqçisi Canni de Byazi müqavilə müddəti başa çatdıqdan sonra onu uzatmayacağını deyib.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis “Radio Crc”ya açıqlamasında Azərbaycan yığmasından da danışıb.

O, seçmə komandamızın ardıcıl 5 qalibiyyət əldə etməsini qeyri-adi hadisə kimi qiymətləndirib: “Azərbaycandan kənarda forma geyinən cəmi 4 oyunçumuz var. Anton Krivotsyukun oyunundan xəbər tutmaq üçün Cənubi KoReya çempionatına baxdım.

Burda İtaliya A seriyası üçün hazır futbolçu yoxdur. Lakin bəzi gənc oyunçular inkişaf edə bilərlər. Mahir Emreli yaxşı keyfiyyətlərə malik olsa da, onlardan istifadə edə bilmir”.

De Byazi növbəTi görüşdə 20 yaşlı qapıçıya (Yusif İmanov nəzərdə tutulur – red.) şans verəcəyini istisna etməyib: “Çünki əsas qapıçım yoxdur. Onun yaxşı bacarığı var. Məncə gənc də olsa, şans vermək lazımdır”.

Xatırladaq ki, milli komandamız Avro-2024-ün seçmə mərhələsində Avstriya ilə səfərdə qarşılaşacaq.

AYXAN  

Bənzər xəbərlər