De Byazi üç futbolçunu heyətdən kənarlaşdırdı
Millimizin baş məşqçisi Canni De Byazi bu gün Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur oyunu üçün “23-lüy”ü müəyyənləşdirib.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssis yığmaya dəvət etdiyi 26 oyunçudan 3-nü heyətdən kənarlaşdırıb.
De Byazi Anton Krivotsyuk, Abbas Hüseynov və Coşqun Diniyevin xidmətindən yararlanmamağı qərara alıb.
Qeyd edək ki, bu gün “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Yığma 3 gün sonra Serbiyanın Novi Sad şəhərində Belarusla üz-üzə gələcək.