featured-image-16949

Noyabrın 16-da, saat 21:00-da, Kişinyovda keçiriləcək Moldova – Azərbaycan yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Msport.az xəbər verir ki, konfranslar sabah keçiriləcək.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin də media nümayəndələri ilə görüşəcəyi vaxt məlum olub.

Azərbaycan milli komandası

15 noyabr
Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Zimbru stadionu)

Moldova milli komandası

15 noyabr
Saat 19:45. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Vadul lui Voda)

Qeyd edək ki, tədbirlərin saatı yerli vaxtla göstərilib.

Bənzər xəbərlər