featured-image-59994

“Şuşa” klubu heyətinə 4 yeni futzalçı cəlb edib.

Msport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Yüksək Liqanın debütantı “Neftçi” İK-dən ayrılan Nüsrət Fərzəli və Sadeq Caviditabarla anlaşıb.

Onlardan başqa, Emil İsrəfilov və Xalid Səfərov də bu komandaya keçib. Hər iki futzalçı “Yasamal Bakı”da çıxış edirdi. Yeni gələnlərlə yanaşı, komandadan ayrılanlar da var. Elvin Qasımov, Feruz Həsənov, Ceyhun Nağıyev və Sabir Hacıəliyev başqa klublarda çıxış edəcəklər.

Qeyd edək ki, “Şuşa” 8 oyundan 6 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bənzər xəbərlər