"Dəli kimi açıq oyun nümayiş etdirə bilmərik" - "Viktoriya"nın qapıçısı
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya Plzen”lə ilk oyunda qolsuz bərabərə qaldı. Qonaqların Bakıdan belə nəticə ilə dönməsində heç şübhəsiz ki, qapıçıları İndrjix Stanekin böyük rolu oldu. Çexiya mətbuatı da oyunun qəhrəmanı kimi məhz “Viktoriya”nın qolkiperini qeyd edib. Msport.az Stanekin yerli mətbuata müsahibəsini təqdim edir.
O, yenə də məğlubedilməz idi. Stanek “Plzen”i Bakıda güclü “Qarabağ” qarşısında qorudu və 0:0-lıq heç-heçə gətirdi. “Viktoriya” artıq sensasion şəkildə Çempionlaer Liqasının qrupuna düşə bilər. Bu ümidddə qapıçı həlledici rol oynayır. Lukaş Heyda hətta onu Plzenin Domenik Qaşeki elan etdi. Stanek özü bu oyunu necə görürdü?
- Nə baş verdiyini anladın?
- Tam doğru. Qapımıza 8 zərbə endirdilər. Lakin biz də elə bunu gözləyirdik. Bu nəticədən məmunuq. Qənaətbəxş nəticə əldə edə bildik.
- Hansı seyvinizi qeyd edəcəksiz?
- Yəqin ki, birincini. Əvvəl zərbə oldu, sonra pauza. Mən heç yerə uzanmağa macal da tapmadım. Bu oyunda mənim üçün ən önəmli anlardan biri idi. Bu andan etibarən konsentrasya maksimal dərəcədə oldu.
- “Qarabağ” öz yüksək səviyyəsini nümayiş etdirə bildi?
- Oyundan əvvəl onların yaxşı komanda olmaları haqqında bizdən bir neçə dəfə eşitmişdiniz. Onların fərdi ustalığı yüksək olan futbolçuları var, amma bu, eyni zamanda komanda işidir. Görünürdü ki, yaxşı təşkilatlanmış kollektivdir. Biz belə bir gedişata hazır idik. Birinci hissədə şansımız oldu, topu xətdən çıxardılar. Lakin “Qarabağ”ın da kifayət qədər təhlükəli epizodları oldu. Nəticənin ədalətli olub-olmadığını bilmirəm, amma bu, bizim üçün yaxşı hesabdır. Üzərimizə düşəni etdik.
- Hava oynamağa mane olurdu? Çox isti idi?
- Gözlədiyimdən daha yaxşı oldu. Az da olsa külək var idi, lakin rütubət çoxdur. Uşaqlar fiziki cəhətdən yaxşı hazır olduqları üçün bu bizə təsir etmədi.
- Cəzalı duruma düşən Lukaş Heydanın yoxluğu cavab oyununda sizə təsir edə bilər?
- Təəssüf ki, belə oldu. O, bizim kapitanımız, ən yaxşı stopperimizdir. Ancaq inanıram ki, uşaqlar onu layiqincə əvəz edəcəklər.
- Cavab oyunu necə keçəcək?
- Bilirsiniz ki, evdə bir az fərqli oynayırıq. Çətin matç olacağını gözləyirəm. Hər iki tərəfin keyfiyyəti var. Biz dəli kimi açıq oyun nümayiş etdirə bilmərik, onlıarın cinahlarda və hücumda əla keyfiyyətə malik futbolçuları var.