featured-image-80059

“Ayaks” müdafiəçi Deyli Blindin komandaya qayıtdığını elan edib.

Msport.az xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb.

36 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Blind 2023-cü ildən “Jirona”da çıxış edirdi. O, 2025/2026 mövsümündə bu komandanın heyətində 31 matç keçirib.

Qeyd edək ki, Blind “Ayaks”ın yetirməsidir. O, 2008-2014 və 2018-2022-ci illərdə Amsterdam komandasının uğurları üçün çalışıb. Blind “Ayaks”ın heyətində 333 matça çıxıb.

Bənzər xəbərlər