Dibala “Roma”da qaldı - RƏSMİ
“Roma” futbolçusu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
32 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildən “Roma”da çıxış edən argentinalı oyunçu 140 oyuna 45 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.







