Dieqo Forlan Azərbaycana gələ bilər
Uruqvay millisinin sabiq hücumçusu Dieqo Forlan ölkənin gənclər yığmasına rəhbərlik edə bilər.
Msport.az xəbər verir ki, 47 yaşlı mütəxəssislə danışıqları Uruqvay Futbol Federasiyasının prezidenti İqnasio Alonso aparır.
Forlana həm də U-20 millisinin tapşırılacağı gözlənilir. O, gələn il U-20-lər arasında dünya çempionatında millinin “sükanı” arxasında ola bilər. Qeyd edək ki, gələn il FİFA U-20 dünya çempionatına Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək.
Forlan 2002 -2014-cü illər aralığında Uruqvay millisində 112 oyunda 36 qol vurub. O, DÇ-2010-nun ən yaxşı futbolçusu seçililib.
Forlan oyunçu karyerasını başa vurduqdan sonra “Penyarol” başda olmaqla bir sıra klublarda məşqçi işləyib.







