featured-image-80220

2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu Dieqo Forlan Uruqvay millisinin baş məşqçisi vəzifəsinə təsdiqlənib.

Msport.aaz xəbər verir ki, bu barədə Uruqvay Futbol Assosiasiyasının (UFA) rəhbəri İqnasio Alonso açıqlama verib.

Müqavilə 2027-ci ilin martınadək bağlanıb. Müddət başa çatdıqdan sonra assosiasiya Forlanla gələcək əməkdaşlıq barədə qərar verəcək. Bu, UFA-nın qarşıdan gələn prezident seçkiləri ilə əlaqədardır. Belə ki, təşkilat hələlik uzunmüddətli müqavilə imzalamağa hazır deyil.

Forlan bu postda 2023-cü ildən komandaya rəhbərlik edən Marselo Byelsanı əvəzləyib. Argentinalı mütəxəssisin rəhbərliyi altında yığma 2026-cı il dünya çempionatına vəsiqə qazansa da, heç bir qələbə qazanmayaraq çıxışını qrup mərhələsində başa vurub. Qrupda uruqvaylılar Səudiyyə Ərəbistanı (1:1) və Kabo Verde (2:2) yığmaları ilə heç-heçə edib, həmçinin İspaniya komandasına (0:1) məğlub olublar.

Bənzər xəbərlər