featured-image-16742
Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış transfer pəncərəsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasından ayrılmayacaq.
Msport.az “Sportske” nəşrinə istinadən xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç 25 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Dünya çempionatından sonra Bruno Petkoviçin mümkün gedişini nəzərə alan 69 yaşlı mütəxəssis azərbaycanlı forvarda daha çox şans verməyi düşünür.
Qeyd edək ki, Mahir Emreli bu ilin yayında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb. Son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən hücumçunun qışda komandanı tərk edəcəyi gözlənilirdi.

Bənzər xəbərlər