featured-image-22881

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun Mahir Emrelini icarəyə verməsinin səbəbi bəlli olub.

Msport.az-ın məlumatına görə, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi və idman direktoru Ante Çaçiç açıqlama verib.

70 yaşlı mütəxəssis bildirib ki, 26 yaşlı hücumçunun oyun praktikası qazanması üçün bu addımı atıblar: “Düşündük ki, yazda mümkün qədər çox oyun keçirməsi daha yaxşı olar. Ona görə də Emrelini icarəyə verməyə razılaşdıq”.

Qeyd edək ki, Mahir Emreli cari mövsümün sonunadək Türkiyə “Konyaspor”unun formasını geyinəcək. Superliqa təmsilçisi yayda onu birdəfəlik transfer edə bilər.

Bənzər xəbərlər