“Dinamo”nun futbolçusu “Qarabağ”la oyunu buraxacaq
Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Roman Salenko Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la ilk oyunu buraxacaq.
Msport.az xəbər verir ki, bu barədə 21 yaşlı oyunçu özü danışıb.
O, artıq fərdi məşqlərə başladığını, lakin əsas komandaya ən tez 6-7 avqust tarixlərində qoşula biləcəyini söyləyib: “Sağalma plan üzrə gedir. “Dinamo” təlim mərkəzində tam reabilitasiya keçirəm. Tam hazır olanda komandaya qayıdacağam. Avqustun 6-sı və ya 7-də “Dinamo”nun əsas komandasına qoşulmağı planlaşdırıram”.
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Dinamo” – “Qarabağ” ilk matçı avqustun 6-da keçiriləcək. Cavab görüşü isə həmin ayın 13-də Bakıda olacaq.







