featured-image-31776

Zaqreb “Dinamo”su millimizin üzvü Mahir Emrelini yenidən icarəyə verə bilər. Msport.az “vecernji.hr” saytına istinadənxəbər verir ki,  bu, 26 yaşlı futbolçunun yay toplanışında özünü necə göstərəcəyindən asılı olacaq.

Baş məşqçi İqor Bişçan iyunun 19-da başlayacaq hazırlığa bir neçə gəncin, eyni zamanda, ötən mövsümü başqa klublarda icarədə keçirən futbolçuların cəlb edilməsini istəyib. Mahir də daxil olmaqla, bəzi  oyunçular yoxlama görüşlərində baş məşqçinin etimadını doğrultmalıdır. Əks halda, hücumçunun yenidən icarəyə verilməsi gündəmə gələcək.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, ötən mövsümün ikinci dövrəsini icarə əsasında  “Konyaspor”da keçirib.

Bənzər xəbərlər