featured-image-21314

“Donyo bu gün gəldi Azərbaycandan olan həmkarlarla danışanda bizə dedilər ki, bu, böyük transferdir”.

Msport.az xəbər verir ki, bunu Kiprin “Apollon” (Limassol) klubunun mətbuat katibi Fanurios Konstantinous “Neftçi”dən transfer etdikləri qanalı futbolçu Qodsvey Donyo barədə yerli mətbuata açıalqmasında deyib.

O bildirib ki, 29 yaşlı forvardın keçidi üçün “ağ-qaralar”a təzminat ödəyiblər: “O, aqressivdir, hücum bütün mövqelərində oynaya bilir. Amma stadion həmişə güzgüdür. Baxaq, görək necə olacaq”.

Qeyd edək ki, Qodsvey Donyo “Apollon”la 2025-ci ilin yayınadək müqavilə imzalayacaq. Afrikalı hücumçu “Neftçi”yə cari mövsümün əvvəlində keçmişdi.

Bənzər xəbərlər