featured-image-21215

“Neftçi” PFK-nın “Apollon” klubu ilə futbolçu Qodsvey Donyonun satışı ilə əlaqədar rəsmi danışıqları uğurla yekunlaşıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Kipr təmsilçisinə satılıb.

“Ağ-qaralar”a göstərdiyi xidmətlərə görə qanalı futbolçuya təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Donyo 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.

Bənzər xəbərlər