featured-image-16278

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Bakıda  “Frayburq”la bərabərə (1:1) qaldı. Lakin 1 xal Ağdam klubunun pley-offfa vəsiqə qazanması üçün yetərli olmadı.

Msport.az xəbər verir ki, Almaniyanın məşhur “kicker” nəşri Tofiq Bəhramov adına stadionda keçirilmiş oyundan hazırlanmış yazıya “Dörd dəfə VAR, həmişə “Qarabağ”a qarşı başlığını verib:

“1\8 finala vəsiqəni təmin etmiş “Frayburq” “Qarabağ”la matçda da 1 xal qazandı və qrup mərhələsini məğlubiyyətsiz başa vurdu. 1:1 hesabı ilə yekunlaşan oyunda VAR dörd dəfə müdaxilə etdi.

“Frayburq” pley-offa vəsiqəni təmin etsə də, baş məşqçi Kristian Ştrayxın “Qarabağ”la görüşə ciddi yanaşması təbii məsələ idi. Azərbaycanlılar qrupda 2-ci yeri tutmaq uğrunda “Nant”la qiyabi mübarizə aparırdı.

“FRAYBURQ”DA 1O DƏYİŞİKLİK 

Bütün bunlara baxmayaraq, komandanın heyətində xeyli dəyişikliklər var idi. “Şalke” üzərində səfərdə qazanılan 2:0 hesablı matçda forma geyənlərdən yalnız kapitan Günter start heyətində idi. Vaqner (19 yaş), Sike (20), Vaoysxaupt (21) kimi gənc futbolçular oynamaq imkanı əldə etmişdilər. Qapıda da 20 yaşlı Atubolu əsas qolkiper Flekkeni əvəzləmişdi. Təcrübəli Höler və Petersen isə irəlidə nəsə yaratmalı idilər.

Fərqli “on birlik” olduğundan oyunun əvvəlində kordinasiya ilə bağlı problemlər var idi. Oyuna aqresiv başlayan ev sahiblərinə qarşı mübarizə aparmaq çətin idi. Atubolu artıq 5-ci dəqiqədə Ovusunun hücumu zamanı müdaxilə etməli oldu. “Qarabağ” qonaqların cərimə meydançasında “yuva qursa” da, ilk dəqiqələrdə çox şey yarımçıq qalırdı. Çoxsaylı künc zərbələri də ilk qolu gətirmədi.

Mustafazadənin Şadeyə qarşı kobud qayda pozuntusundan sonra VAR müdaxilə etdi və “Qarabağ”ın qapısına penalti təyin oldundu. Petersen hesabı açdı.

Bundan sonra “Frayburq”un topa nəzarət baxımdan kiçik problemləri olsa da, daha möhkəm görünürdü. “Qarabağ” yaxşı oynamağa davam etsə də, öz qeyri-adekvatlığı səbəbindən dəfələrlə hücumda uğursuz oldular.

ÜÇQAT VAR 

Fasilədən sonra qarışıqlıq yarandı və hadisələrin mərkəzində hakim Aleksek Kulbakov oldu. Sike və Veşoviç arasında mübarizədən sonra referi penalti nöqtəsini göstərdi. Lakin VAR Veşoviç oyundan kənar vəziyyətdə olduğuna görə qərarı ləğv etdi. Sağ cinah müdafiəçisinin 54-cü dəqiqədəki qolu yenə də ofsayd səbəbindən qeydə alınmadı.

Bir neçə dəqiqə sonra VAR-ın üçüncü qərarı da “Qarabağ”ın xeyrinə olmadı. Kulbakov monitora baxdıqdan sonra gördü ki, Medina Şadeyə qarşı açıq ayaqla aşkar kobud oynayıb. Hakim haqlı olaraq sarı vərəqəni qırmızı ilə əvəzlədi.

“QARABAĞ” TƏSLİM OLMUR VƏ HESABI BƏRABƏRLƏŞDİRİR 

“Qarabağ” azlıqda qaldıqdan sonra da təslim olmurdu, lakin zərbələr dəqiq deyildi. Zubir hesabı bərabərləşdirmək üçün yaxşı imkana malik idi. Amma Atubolu onun “gizli” zərbəsini dəf etdi, Şlotterbek isə təhlükəni sovuşdurdu. Son anlarda yenə də dəqiqlik çatmırdı. Meydana sonradan daxil olan Toral Bayramovun 90+1-ci dəqiqədə ötürməsindən sonra Ovusu bərabərlik qolunu vurdu. Amma bundan savayı heç nə baş vermədi və “Nant” “Olimpiakos”u inamla məğlub etdiyindən (2:0) azərbaycanlılar Konfrans Liqasına getdi. “Frayburq” isə qrup mərhələsini məğlubiyyətsiz başa vurdu”.

Bənzər xəbərlər