featured-image-58236

Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək rapid və blits üzrə Avropa çempionatında Azərbaycanı təmsil edəcək şahmatçılar bəlli olub.

Msport.az xəbər verir ki, yarışda yığmanın dörd üzvü mübarizə aparacaq. Bunlar Eltac Səfərli, Rauf Məmmədov, Namiq Quliyev və Məhəmməd Muradlıdır.

Qeyd edək ki, Avropa çempionatı dekabrın 6-dan 11-dək təşkil olunacaq.

Bənzər xəbərlər