featured-image-12051

Türkiyənin “Adana Demirspor” klubunun prezidenti Murat Sancak baş məşqçilərlə iş prinsipi haqqında maraqlı açıqlama verib.

Msport.az “A Spor”a istinadən xəbər verir ki, 54 yaşlı klub rəhbəri məşqçilərin işinə qarışıb-qarışmaması ilə bağlı sualı belə cavablandırıb:

“Fikirlərimi baş məşqçiyə deyirəm. Bir deyirəm, iki deyirəm, üç deyirəm…Qulaq asmazsa, dördüncü dəfə heç nə demirəm. Onu yola salıram”.

Qeyd edək ki, hazırda “Adana Demirspor”un baş məşqçisi italiyalı Vinçentzo Montelladır. O, 2021-ci ildən komandanın sükanı arxasındadır. Buna qədər isə Adana təmsilçisini  Samet Aybaba çalışdırırdı.

Bənzər xəbərlər