Dövlət Dəniz Agentliyinin direktoru federasiya prezidenti seçildi
Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı olub.
Msport.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilib.
Konfransda Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov yenidən qurumun prezidenti seçilib. Qurbanov 2014-cü ildən federasiyaya rəhbərlik edir.