featured-image-80867

“Sabah”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi məlum olub.

Msport.az xəbər verir ki, “Lex Poznan” öz meydanında “Orxus” klubunu qəbul edib.

Polşa təmsilçisi Danimarkada keçirilən ilk görüşdə 4:1 hesabı ilə qələbə qazanmışdı.

Cavab matçında “Orxus” 4:1 üstün olub və oyun əlavə vaxta gedib. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Oyunsonrası penalti zərbələrini danimarkalılar daha dəqiq yerinə yetiriblər.

Beləliklə, “Sabah” 3-cü təsnifat mərhələsində “Orxus”la qarşılaşacaq.

 

Bənzər xəbərlər