featured-image-38040

Azərbaycanın yeniyetmə samboçuları Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən dünya birinciliyində beş medal qazanıblar.

Msport.az xəbər verir ki, idmançılardan Nicat Sultanov (71 kiloqram) gümüş, Ziyəddin Zeynallı (53 kiloqram) və Sulhan Süleymanlı (79 kiloqram) bürünc mükafata layiq görülüblər.

Gənc samboçulardan isə Sahib Babayev (58 kiloqram) və Rəsul Aydəmirov (98 kiloqram) ikinci yeri tutublar.

Ətraflı

Bənzər xəbərlər