featured-image-5380

Qətərdə keçiriləcək DÇ-2022 vaxtı əksər liqalarda fasilə yaransa da, Azərbaycan çempionatında oyunlar olacaq.

Msport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasov deyib. Onun sözlərinə görə, mundial vaxtı hər hansı fasilə planlaşdırılmır: “Detallara bağlı püşkatmadan sonra daha rahat danışa bilərik”. (Fanat.az)

Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 5-də start veriləcək. Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Həmin müddətdə Avropanın bütün aparıcı liqalarında fasilə yaranacaq.

Bənzər xəbərlər