Dünya çempionatları tarixində rekordçu
Norveç millisinin hücumçusu Erlinq Holann dünya çempionatları tarixinin rekordunu təkrarlayıb.
Msport.az xəbər verir ki, 25 yaşlı hücumçu buna DÇ-2026-nın 1/8 final mərhələsində Braziliya yığmasına qalib gəldikləri matçda (2:1) dubl etməklə nail olub.
Forvard debüt mundialında qollarının sayını 7-yə çatdırıb. 1974-cü ildə polşalı Qjeqoj Lyato ilk dəfə qatıldığı dünya çempionatında 7 dəfə fərqlənmişdi.
Qeyd edək ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.







