Dünya çempionatları tarixinin 3000-ci qolu
Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandes dünya çempionatları tarixinin 3000-ci qolunun müəllifi olub.
Msport.az xəbər verir ki, o, DÇ-2026-nın 1/8 finalında Misirə qarşı keçirilən və 3:2 hesabı ilə başa çatan matçda fərqlənib.
Fernandes 90+2-ci dəqiqədə baş zərbəsi ilə rəqib qapısına yol taparaq həm tarixi qola imza atıb, həm də komandasına qələbə qazandırıb. Argentina 79-cu dəqiqəyədək iki top fərqi ilə geridə olsa da, geri dönüş edərək 1/4 finala yüksəlib.
Qeyd edək ki, dünya çempionu növbəti mərhələdə İsveçrə ilə qarşılaşacaq.







