featured-image-18770

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti dəfə Azərbaycana etimad göstərib.

Msport.az xəbər verir ki, FİDE şahmatda nüfuzlu yarışlardan sayılan dünya kubokunun təşkilatçılığını Azərbaycana həvalə edib.

Mötəbər yarış Bakıda keçiriləcək və 2023-cü il iyulun 29-dan avqustun 26-dək davam edəcək.

Bu, Azərbaycanın ev sahibliyi edəcəyi ikinci dünya kuboku yarışı olacaq. İlk dəfə Bakı 2015-ci ildə dünya kubokuna ev sahibliyi edib.

Bənzər xəbərlər