featured-image-75506

“Qarabağ”ın zədələnən futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.

Msport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı kolumbiyalı hücumçu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” ilə cavab oyununda zədələnib. “Həkimlər yekun rəy verdikdən sonra ətraflı məlumat veriləcək” – mətbuat xidmətinin açıqlamasında deyilir.

Duran”Qarabağ”ın  İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində zədələnib.

Qeyd edək ki, Qurban Qurbanovun komandasını bu həftə Azərbaycan Premyer Liqasında vacib oyun gözləyir. Ağdam təmsilçisi bazar günü saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda çempionatın lideri “Sabah”ı qəbul edəcək.

Bənzər xəbərlər