“Dyökereş dünya səviyyəli hücumçu deyil”
“Dyökereşi dünya səviyyəli hücumçu saymıram. Onun yaxın beş ildə “Arsenal” üçün ideal forvard olacağını da düşünmürəm”.
Msport.az xəbər verir ki, bu sözlər İngiltərə millisinin və “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karragerə məxsusdur.
Hazırda futbol eksperti qismində fəaliyyət göstərən veteranın London təmsilçisinin isveçli futbolçusu Viktor Dyökereş barədə dediklərini “The Touchline” belə çatdırıb: “Hərçənd Viktorun futbol mentaliteti xoşuma gəlir. Özünəinamı yüksək səviyyədədir. Topu soyuqqanlılıqla qəbul edir və qol vurur. Onda Alan Şireri xatırladan nəsə var. İşinə münasibətini və özünəinamını nəzərdə tuturam”.
Qeyd edək ki, cari mövsüm Dyökereş artıq 15 qol və 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşməyi bacarıb. O, “qol+ötürmə” sistemi üzrə “Arsenal”ın ən məhsuldar oyunçusudur.







