Əfran İsmayılov "Qarabağ" haqqında: "Qələbə bizi aldatmamalıdır"
Bakıdakı qələbə bizi aldatmamalıdır”.
Bunu Msport.az-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Əfran İsmayılov deyib.
“Qarabağ”ın Belçikada “Gent”ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışan keçmiş yarımmüdafiəçi səfərdəki matçın daha çətin olacağını bildirib: “Bizi maraqlı görüş gözləyir. Amma “Qarabağ” təcrübəli komandadır, necə oynamalı olduğunu bilir. Rəqibi yaxşı analiz ediblər, necə oynadıqlarını bilirlər”.
İsmayılov sabiq komandasının səfərdə daha yaxşı çıxış etdiyini söyləyib: “İnanıram ki, Belçikada daha inamlı oyun göstərib əla nəticə qazanacaqlar. Ümid edirəm ki, növbəti mərhələyə keçən məhz “Qarabağ” olacaq”.
Yeni transferlərin çıxışına da toxunan keçmiş milli üzvü Redon Cica, Adama Diakabi və Yassin Benzianın keyfiyyəti oyunçular olduğunu vurğulayıb: “Hamısı çox xoşuma gəldi. Sadəcə, formaya düşmək və komandaya uyğunlaşmaq üçün vaxt lazımdır. İnanıram ki, “Qarabağ”a çox fayda verəcəklər”.
Qeyd edək ki, fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
CAHİD







