Ehtiram Quliyev "Fənərbağça"nın prezidenti ilə görüşdü
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib.
Msport.az xəbər verir ki, müzakirə zamanı “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və matçın növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.
Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər







