featured-image-25625

“Real”ın qapıçısı Tibo Kurtua El Klasiko öncəsində həmkarı Mark-Andre Ter Şteqen haqqında müsbət fikirlər səsləndirib.

Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, “Barselona”nın qolkiperi bu mövsüm La Liqada 25 oyundan 19-da qapısından top buraxmayıb. Bu yarışın rekord göstəricisidir:

“Hesab eləmrəm ki, Ter Şteqen böyük inkişaf keçib. O, həmişə əla qapıçı olub. Hərdən eniş yaşana və mənasız qol buraxa bilərsən, amma ümumilikdə heç nə dəyişməyib. İndi onda hər şey yaxşı gedir. Qapıçı inamlı olanda o, daha çox inkişaf edir.

Bu il “Barsa” müdafiədə çox yaxşıdır, bir neçə dəfə isə onları Ter Şteqen xilas edib. Çox oyunlarda 1:0 hesabı ilə qalib gəliblər. Ter Şteqen olmasaydı, həmin matçlar heç-heçə qutara bilərdi. “Barsa”nın 9 xal fərqlə 1-ci yerdə getməsi onun əməyidir.

Ter Şteqen ayaqla məndən yaxşı oynayır. Amma havada mən daha yaxşıyam. Ən vacibi topu saxlamaqdır ki, ikimiz də bunda yaxşıyıq”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər